Qəhvəyi Mərmər Bağacığı böcəyi Azərbaycana keçib?

Qəhvəyi Mərmər Bağacığı böcəyi Azərbaycana keçib? - Böcəyin "təbliğində" məqsəd nədir?

"İnam Kərimov AXA-nın sədri Mirzə Əliyevi vəzifəsindən azad etdiyi gündən mənimsədiyi milyonların üstünü ört-basdır etmək məqsədi ilə Azərbaycana Qəhvəyi Mərmər Bağacığı böcəyinin keçməsi barədə kütləvi təbliğat aparır."

Faktinfo.az xəbər verir ki,bu barədə DİA.AZ saytının yazdığı xəbərdə bildirilir.

Saytın yaydığı məqalədə deyilir: "Çox maraqlıdır ki, Gürcüstan Respublikasından Azərbaycanın Balakən rayonuna Qəhvəyi Mərmər Bağacığı böcəyinin keçməsi barədə xəbər yayılır.Amma,qəhvəyi Mərmər Bağacığı böcəyi Gürcüstan Respublikasında çoxalması və təsərrüfat obyektlərinə ziyan vurması və belə təhlükənin yaranması barədə açıqlama yoxdur.İnam Kərimov nazirliyin və tabeliyində fəaliyyət göstərən idarələrə qəti şəkildə tapşırıq verib ki, "Qəhvəyi Mərmər Bağacığı" böcəyinin təbliğatını sürətləndirmək lazımdır.Bununla o, bu məqsədlə görüntü yaradır, "Qəhvəyi Mərmər Bağacığı" məhv etmək adı altında küllü miqdarda pul ayırıb AXA-da illər əvvəl  mənimsənilən pulların üstünü ört-basdır edir.

Nazirlik və tabeliyindəki qurumlar hazırda Balakən rayonunda "Qəhvəyi Mərmər Bağacığı böcəyi"n evlərə və sahələrə yayılması barəsində məlumatları tirajlayırlar. Bu İnam Kərimovun tapşırığı ilə yalan məlumatlardır. Amma heç  deyən yoxdu ki,ay İnam Kərimov bu "Qəhvəyi Mərmər Bağacığı böcəyi" aqrar sahədə Azərbaycandan çox böyük nailiyyət göstərən Gürcüstan Respublikasında yoxdu axı,bu barədə orada hər hansı məlumat yoxdu axı.

 Sən necə olur ki, böcəyin aqrar sahəni məhv edəcəyini deyirsən və məcburi təbliğatını aparırsan.Bu o, halda ola bilərdi ki, Gürcüstan Respublikasını "Qəhvəyi Mərmər Bağacığı" böcəyi bürümüş olardı, bunun məhv edilməsi mümkün olmazdı və onda Azərbaycan Respublikasına keçərdi. 

Böcək necə olur,Gürcüstan Respublikası ilə Azərbaycanın sərhəddi Balakən rayonuna gəlib çıxa bilir,amma Qazax rayonunun Qırmızı Körpü istiqamətində "peyda olmur".Qəribədir deyilmi!

İnam Kərimov dəfələrlə nazirliyin şöbə müdirlərinə mətbuat xidmətinin işçilərinə tapşırıq verib ki, Qəhvəyi Mərmər Bağacığı böcəyi Respublikada daha geniş təbliğ edilməli və bu məsələnin qlobal mahiyyət kəsb etdiyi,böcəyin məhv edilməsi üçün tədbirlərin əhəmiyyətini geniş ictimaiətə çatdırsınlar.Burada  əsas məqsəd AXA-nin sədri Mirzə Əliyevlə əlbir olub mənimsənilən küllü miqdarda pulların üstünü Qəhvəyi Mərmər Bağacığı böcəyinin məhv edilməsi ilə ört-basdır etməkdir. 

Bu yalan məlumatla İnam Kərimov Prezident İlham Əliyevi və digər dövlət qurumlarını aldadır. İnanırıq ki, yalan məlumatlar tirajladan İnam Kərimov barəsində müvafiq orqanlar araşdırma apararaq tədbir görər,"-deyə,sayt xəbərə yekun vurur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər