Qənaəti o qotur danaları verən nazirlərdən etmək lazımdır-

Qənaəti o qotur danaları verən nazirlərdən etmək lazımdır- Millət vəkili

Kasıb insanların pulunu kəsib qənaət etmək, onları dövlətdən narazı salmaq olmaz. Qənaəti o qotur danaları bazar qiymətindən baha alıb kasıba yardım kimi verən nazirlərdən etmək lazımdır.

O danaları qardaşının şirkəti vasitəsilə alırdı.

Bunu Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin üçüncü oxunuşunda çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev bildirib ki, büdcədən ayrılan pulları xərcləmək lazımdır:

“Varlının pulu, kasıbın canı gedir. Bu cür yanaşma doğru deyil”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi