Qərb etiraf edir: Liviya artıq "Türkiyənin Liviyası"dır

Qərb etiraf edir: Liviya artıq "Türkiyənin Liviyası"dır 

Liviyanın sabitliyi Türkiyənin qazancı deməkdir.

Bunu türkiyəli jurnalist Taha Dağlı yazıb. O bildirib ki, yeni qurulan Liviyanın təməlini Türkiyə atacaq:

“Qərb mediası Liviyaya artıq "Türkiyənin Liviyası" deyir. Bu nə mənaya gəlir? Liviyanın yenidən inşa edilməsi Türkiyənin qazancıdır. Liviya neft yataqları ilə zəngin bir ölkədir, bunu unutmayaq. Bundan başqa, Aralıq dənizindəki enerji məsələsində də bu ölkə Türkiyə üçün çox vacib limandır. Liviyada sabitliyin hökm sürməsi dəniz razılaşmasının əldə olunması deməkdir. Bununla Şərqi Aralıq dənizindəki təbii qazın bundan sonrakı müddətdə əsas aktoru Türkiyə olacaq. Türkiyənin Liviyadakı varlığı həm liviyalıların, həm də Türkiyənin qazancıdır”.

T.Dağlı qiyamçı Xəlifə Haftardan da bəhs edib:

“Haftar artıq məğlubdur. Heç kim də uduzanın yanında olmaq istəmir. Haftar Qahirəyə getsə də, Sisi onunla görüşməyib. Sisi rejiminin tək çarəsi qalıb, o da Rusiya və Türkiyənin razılaşması. Rusiya da Haftarı istəməyəcək. Çünki Türkiyə Haftarın olduğu masanı heç vaxt qəbul etməz”./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi