Qərb İvanişvilinin taleyini həll edib – Vaşadzedən şok

Qərb İvanişvilinin taleyini həll edib – Vaşadzedən şok 

Hazırda Gürcüstan hökuməti 2012-ci il parlament seçkisi öncəsi Vahid Milli Hərəkat hökumətinə edilən təzyiqlərə oxşar şeylərlə üz-üzə qalacaq.

Bunu “Praym Taym”a müsahibəsində Gürcüstan müxalifətinin liderlərindən olan Georgi Vaşadze deyib. O, Qərbin İvanişvili hökumətinin taleyini həll etdiyini bildirib:

“Mənim ABŞ-ın nüfuzlu dairələri ilə sıx əlaqələrim var. Bilirəm ki, Gürcüstanla əlaqəli sərt hesabatlar, analiz və sənədlər hazırlanır. Faktiki olaraq beynəlxalq arenada Bidzina İvanişvilinin taleyi artıq həll edilib. Biz bunu konkret bəyanatlarda görürük. Bu dairə ilə mənim əlaqəm prezident seçkisi dönəmində də mövcud idi və açığını desəm, onların mövqeyi fərqli idi. Onlar düşünürdülər ki, müxalif prezident xaos və qarşıdurma yaradacaq. İndi başqa vəziyyət yaranıb. Oktyabrdan bu yana biz AB və ABŞ-dan mesaj alacağıq ki, hakimiyyət dəyişikliyi üçün zaman gəlib. Bunun üçün hər şey hazırdır. Əgər xatırlayırsınızsa, 2012-ci ildə Vahid Milli Hərəkat Partiyası beynəlxalq ictimaiyyətin ciddi təzyiqi altında idi və indi anons edirəm ki, İvanişvili hökuməti üçün həmin pressinq başlayır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi