“Qərb tezliklə Ukraynanın hava məkanını bağlamağa razılaşacaq” - Ukrayna Prezident Ofisi

“Qərb tezliklə Ukraynanın hava məkanını bağlamağa razılaşacaq” - Ukrayna Prezident Ofisi 

Ukrayna Rusiya işğalının ilk günlərindən Qərb dövlətlərini ölkənin hava məkanını bağlamağa çağırır. Belə görünür ki, nəhayət bu istiqamətdə hansısa addımlar atılmasına ümid yaranıb.

AzPolitika.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak tezliklə ölkənin hava məkanının bağlanacağına ümidlidirlər.

Onun dediyinə görə ,Ukrayna rəhbərliyi hesab edir ki, Qərb tezliklə ölkənin hava məkanını bağlamağa razılaşacaq. Belə ki, Rusiya artıq açıq-aşkar mülki obyektləri, yaşayış binalarını, kəndləri, şəhərləri bombalayır. 

Hava məkanının bağlanması isə Rusiya təyyarələri və raketlərinin Ukrayna hava məkanına daxil olduğu anda Qərb dövlətlərinin hava hücumundan müdafiə sistemləri və təyyarələri tərəfindən hədəf alınması və vurulması deməkdir.

Podolyakın bu açıqlaması təsadüfi sayıla bilməz və görünür, artıq Qərb ölkələri bu məsələdə hansısa razılığa gəlmək ərəfəsindədirlər. 

Əslində, belə bir qərarın qəbul edilməsi NATO ilə Rusiyanın açıq savaşa girməsi anlamı daşıya bilər. Lakin belə görünür ki, Rusiyanın Ukraynanın dinc əhalisini bütün dünyanın gözü önündə qətlə yetirməsini durdurmağın başqa yolu qalmır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər