Qərbi Kaspi Universitetində Çex mütəxəssislər azərbaycanlı gənclərə proqramlaşdırma təlimləri keçir

Qərbi Kaspi Universitetində Çex mütəxəssislər azərbaycanlı gənclərə proqramlaşdırma təlimləri keçir 

Çexiyanın Mendel Universitetinin müəllimlərinin Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tələbələri üçün təlimləri başlayıb.

Bu barədə Faktinfo.az-a universitetdən məlumat verilib.Sayta verilən xəbərə görə,təlimləri Çexiyanın Mendel Universitetinin müəllimləri, informatika sahəsi üzrə fəlsəfə doktorları - Tomaş Foltynek və Dita Dlabolova aparırlar. Təlimlər informatikanın Alqoritmləşdirmə və proqramlaşdırma bölmələrini əhatə edir və Python müasir proqramlaşdırma dilinin əsas imkanlarının öyrənilməsinə həsr olunub.

Təlimlərdə Kompüter və Poliqrafiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi