Qəzet rəhbərliyi Ali Attestasiya Komissiyasını məhkəməyə verir-

Qəzet rəhbərliyi Ali Attestasiya Komissiyasını məhkəməyə verir- Səbəb

Məhkəmə prosesinə Ukraynadan olan iki vəkilin də qatılacağı gözlənilir…

Pravdainfo.org-a daxil olan məlumata görə, «Təzadlar» qəzetinin rəhbərliyi Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasını məhkəməyə verir. Buna səbəb Dövlətimizin iqtisadi islahatlarını gözdən salan, Ulu Öndər Heydər Əliyev hakimiyyətini naşı siyasət aparmaqda günahlandıran Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («Интеграция переходной экономики в систему мирового хозяйства») mövzusunda doktorluq dissertasiyası ilə bağlı AAK-a göndərilmiş sorğuya cavab verilməməsidir. Bəs məhkəmə qalmaqalına səbəb olan sorğular nədən ibarətdir? Saytımızın suallarına «Təzadlar»ın xüsusi müxbiri Elçin Məmmədli cavab verir:
-Elçin bəy, bizə verilən məlumata görə, Prezident yanında AAK məhkəməyə verirsiniz. Buna səbəb nədir?
-Səbəb informasiya sorğusunun cavablandırılmamasıdır, biz də qanunvericiliyin tələblərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət etməyə məcbur olmuşuq…
-Bizdə olan məlumata görə,sorğu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun doktorluq dissertasiyası barədədir. Bu doğrudurmu?
-Bəli, elədir. Mətbuatda xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («İnteqraüiə perexodnoy gkonomiki v sistemu mirovoqo xozəystva») mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Redaksiyamıza rektorun bu dissertasiyası ilə bağlı daxil olmuş sorğu xarakterli oxucu məktubları tərəfimizdən araşdırılarkən məlum oldu ki, Ə.Muradovun həm namizədlik, həm də doktorluq dissertasiyaları, dissertasiya mövzularına aid monoqrafiyası və kitabları heç bir yerdə tapılmır, yoxdur. Redaksiya «KİV haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əvvəlcə Ə.Muradova sorğu göndərmiş, adı çəkilən dissertasiyaları haradan əldə etməyi xahiş etmişdir. Lakin rektor Ə.Muradov sorğunu cavablandırmaq əvəzinə redaksiyaya qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etmiş, sonradan isə təhdidə, özünə yaxın saytlar, Etibar Əliyev adlı bir «təhsil eksperti» vasitəsilə qəzetimizi şantaj etdirməyə başladı, qəzetin işgüzar nüfuzuna xələl gətirən yazılar dərc etdirdi və s. Yəni, guya biz yalan məlumatlar yaymışıq. Əgər belə idisə, niyə bizi məhkəməyə vermirdi? Biz bütün bunlara əhəmiyyət vermədən Ə.Muradovun dissertasiyalarının tapılması istiqamətində araşdırmalarımızı davam etdirdik. Məlum oldu ki, o, 1998-ci ildə doktorluq dissertasiyasını Kiyevdə müdafiə etmiş, 2014-cü ilin martında cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinə rektor təyin ediləndən (müdafiədən 16 il sonra) az keçmiş Azərbaycan Prezidenti yanında AAK-da tanıda bilmişdir. Baş verənlər, eləcə də Ədalət Muradovun şübhəli davranışları bizdə onun namizədlik və doktorluq dissertasiyalarındakı hansısa daha ciddi problemlərin olduğu şübhələrini artırdı. Odur ki, məsələni araşdırarkən məlum oldu ki, o, həmin dissertasiyalarını Azərbaycanda bütün rəsmi qaynaqlardan yoxa çıxartdırmışdır. Yəni, yoxdur…
-Hansı yolla?
-Onu rektorun özü daha yaxşı bilir… Redaksiya jurnalist prinsipiallığı göstərərək bu yaxınlarda iki əməkdaşını, daha doğrusu, baş redaktor Asif Mərzili və mən həmin dissertasiyaların müdafiə edildiyi Kiyev şəhərinə ezam edildik. Ukrayna Təhsil Nazirliyində və T.Şevçenko adına Kiyev Dövlət Universitetində, Ukraynanın Mərkəzi Elmi Kitabxanasında olaraq rektor Ə.Muradovun Azərbaycanda yoxa çıxarılmış doktorluq dissertasiyasını və monoqrafiyasını Kiyevin Elmi Kitabxanasının arxivindən rəsmi qaydada, ödənişli əsaslarla əldə edərək Azərbaycana gətirdik. Bu mətbuat tariximizdə yəqinki bir ilk idi, biz etdik. Mətbuatda da məlumat verilib, biz həmin dissertasiya və monoqrafiyanı rusdilli tanınmış iqtisadçı alimlərin müzakirəsinə verdik. Nəticədə dəhşətə gəldik, rektorun bizi şantaj etməsinin səbəbləri məlum oldu…

«Ədalət Muradov ola bilsin 1998-ci ildə Azərbaycanda hakimiyyətə müxalifətin gələcəyinə inanmışdır deyə, belə bir doktorluq dissertasiyası yazıb Ulu Öndər H.Əliyev hakimiyyətini gözdən salmaq istəmişdir, bəs…»


-Nə məlum oldu?
-Məlum oldu ki, rektor Ədalət Muradovun doktorluq dissertasiyasında Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmizdə aparılan böyük iqtisadi islahatlara qarayaxmalar vardır, bu siyasətin uğurları ciddi şəkildə şübhə altına alınır, siyasi hakimiyyətin bu istiqamətdə atdığı bütün addımları saxta proqnoz və rəqəmlərlə pislənilir, eləcə də beynəlxalq səviyyədə böyük strateji iqtisadi layihə olan «Əsrin müqaviləsi» əsassız və ədalətsiz olaraq lağa qoyulur, onun gələcəkdə Azərbaycana heç bir iqtisadi-sosial səmərə verməyəcəyi əminliklə yazılır. Hətta bu ədalətsiz yanaşmalarla mövqe sərgiləyən Ədalət Muradov Azərbaycanın yaxın gələcəkdə «Banan respublikası»na çevriləcəyini bildirir. Bu dissertasiya aidiyyəti qurumlara göndərildi, həmçinin Ədalət Muradova inanıb, böyük etimad göstərərək onu rektor təyin etmiş cənab Prezident İlham Əliyevə… Bu günlərdə isə, məndə olan məlumata görə, baş redaktor Asif Mərzili bu qalmaqalla əlaqədar olaraq Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinə dəvət edilmişdir… Beləliklə, redaksiyanı bir məsələ ciddi narahat edir ki, yaxşı, Ədalət Muradov ola bilsin 1998-ci ildə Azərbaycanda hakimiyyətə müxalifətin gələcəyinə inanmışdır deyə, belə bir doktorluq dissertasiyası yazaraq Ulu Öndər Heydər Əliyev hakimiyyətini gözdən salmaq istəmişdir. Bəs belə bir doktorluq dissertasiyası Prezident yanında AAK-da necə tanınmışdır, ona kim rəy yazmışdır, kim diplom vermişdir??? Bilirik ki, AAK-da rəhbərlik dəyişilib, rəhbərliyə prinsipial şəxs, professor Famil Mustafayev gəlib. Amma görünür, hələ də AAK-da Ə.Muradovun qanunsuz fəaliyyətinə, yaxud əməllərinə dəstək vermək istəyənlər var. Redaksiya da bununla bağlı AAK-a sorğu vermişdir, lakin cavab verilmir. İddia ərizəsi artıq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə göndərilmişdir. Məhkəmə prosesinə isə Ukraynadan iki vəkilin qatılması gözlənilir.
-Niyə vəkilləri Ukraynadan istəmisiniz?
-Çünki doktorluq dissertasiyası Ukraynada yazılmışdır, bizdə şübhələr var ki, bu doktorluq dissertasiyası Ukrayna dilində yazılmış hansısa doktorluq dissertasiyasından köçürülmüşdür. Odur ki, plagiat proqramlar Ukrayna dilini «oxumur». Həmin vəkillərlə Kiyevdə olanda tanış olmuşuq, onların söylədiyi incəliklər var ki, onu indi deyə bilmərəm. Hər ikisi iqtisad elmləri doktoru olmaqla, həm də ikinci təhsil kimi hüquq elmləri üzrə akademiyanı bitiriblər, xarici dilləri gözəl bilirlər…
-Bəs məhkəmə prosesinə Azərbaycandan vəkil dəvət edilməyəcək?
-Yox… Azərbaycandan iqtisad elmi üzrə professorlar dəvət edilib, onların üçü ADİU-nun professorlarıdır, ikisi isə sabiq kafedra müdirləridir…/Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi