Qol Güləşi Federasiyası və 56 saylı məktəbin birgə təşkilatçılığı ilə turnir keçirilib

Qol Güləşi Federasiyası və 56 saylı məktəbin birgə təşkilatçılığı ilə turnir keçirilib - VİDEO

Azərbaycan Qol Güləşi Federasiyası ölkəmizdə Heydər Əliyev İli elan olunmuş 2023-cü ilin son yarışını məktəblilər arasında keçirib.

Dekabr ayının 26-da Azərbaycan Qol Güləşi Federasiyasının, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və E.Yəhyayev adına 56 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş qol güləşi üzrə məktəblərarası turnir keçirilib.

56 saylı məktəbin idman zalında keçirilən yarışda Bakı şəhərində və ətraf qəsəbələrdə yerləşən 16 orta təhsil müəssisəni təmsil edən 70-dən artıq məktəbli oğlan və qızlar öz güclərini sınayıblar.Oğlanlar və qızlar arasında üç çəki dərəcəsində keçirilən yarışın nəticələrinə əsasən birinci, ikinci və üçüncü yerləri tutan məktəblilər medal və diplomlarla təltif olunub. Həmçinin mükafatçılara Azərbaycan Qol Güləşi Federasiyası və “İronMaxx Azərbaycan” şirkəti tərəfindən Almaniyanın bir nömrəli idman qida əlavələri olan “İronMaxx” məhsulları hədiyyə edilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi