Qorxmaz Hüseynov haqqında korrupsiya işi başladılan şəxsi vəzifəyə təyin etdi

Qorxmaz Hüseynov haqqında korrupsiya işi başladılan şəxsi vəzifəyə təyin etdi 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yeni təyinatla bağlı əmr verib.

Onun əmri ilə Məmmədov Marif Mikayıl oğlu Mingəçevir Sukanal İdarəsinə rəis təyin edilib. Kərimov Mustafa Yəhya oğlu isə rəis vəzifəsindən azad olunub. Yeni rəis M. Məmmədov “Azərsu” rəhbəri ilə tələbə yoldaşı olub. Biraz əvvəl Mingəçevir Sukanal İdarəsində rəis müavini, sonra isə "Bakı Sukanal" İdarəsində məsul vəzifədə çalışıb.

Məsələ heç də, yeni rəisin tələbə yoldaşı olmasında deyil. Bu haqda məlumat verən mənbə bildirir ki, yeni rəis M. Məmmədovla bağlı bir ildən artıqdır ki, Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır: “Keçən ay Mingəçevir Sukanal İdarəsinin rəisini “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov korrupsiyaya görə vəzifəsindən kənarlaşdırdı, amma onun yerinə daha yekə rüşvətxoru rəis təyin etdi.

Bir necə il bundan qabaq Mingəçevirdə Sukanal İdarəsində  rəis müavini işləyərkən bir necə obyektlərdən - daha dəqiq “Zərif” Şadlıq Evinin Nəriman adlı sahibindən rüşvət aldığı üçün barəsində keçən il cinayət işi açılıb və hal-hazırda da müvafiq maddələrlə istintaqı gedir. Amma cinayət işi açılandan sonra Qorxmaz Hüseynov nəyin müqabilindəsə barəsində cinayət işi başladılan şəxsi aparıb “Bakı Sukanal” İdarəsinə məsul vəzifəyə təyin etdi. Köhnə rəisi korrupsiyaya görə işdən çıxarıb, barəsində rəsmi olaraq korrupsiya araşdırması aparılan tələbə yoldaşını rəis təyin etdi”./Yeni Sabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər