Qorxmaz Hüseynovu bitirən daha bir səbəb...

Qorxmaz Hüseynovu bitirən daha bir səbəb... 

Vaxtilə KİV-lərdə yazılanlara görə, “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun vəzifədən kənarlaşdırılması bir sıra səbəblərlə bağlı idi.

 Bunların sırasında külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, saysız-hesabsız tender oyunları, yarıtmaz kadr siyasəti, FETO ilə işbirliyində günahlandırmalar və s. faktlar xüsusi qeyd edilməlidir.

Bu yaxınlarda isə Qorxmaz Hüseynovu bitirən daha bir səbəb üzə çıxıb. 

Faktinfo.az xəbər verir ki,bu, bir sıra iri tikinti şirkətlərinin sabiq “Azərsu” ASC-nin sədrindən yuxarı instansiyalarına şikayətləri ilə bağlıdır.Belə ki, tikinti şirkətəri tikib istifadəyə verdikləri binalarla bağlı texniki şərt almalarına və lazımi ödənişləri etmələrinə rəğmən, son anda bir çox binalara suyun verilməsi mümkün olmurmuş. Göstərişin Qorxmaz Hüseynov tərəfindən verilməsi isə heç kəsə sirr deyilmiş. Məqsəd də məlumdur: maddi maraq... 

Hətta bəzi şirkət rəhbərləri binaların həyətinə iri su maşınları göndərirlərmiş ki, heç olmasa, bu yolla qismən də olsa, sakinləri su ilə təmin etsinlər.

Unutmaq olmaz ki, tikinti şirkətlərinin rəhbərləri də adi şəxslər deyil. Onları da himayə edən,arxalarında duran kifayət qədər iri çinli məmurlar var. Yəqin ki, onların narazı salınması da bu məsələdə öz rolunu oynayıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi