Qoşunlar yola düşdü - Ukraynanı mühasirəyə alan Rusiyaya ƏKS HƏMLƏ!

Qoşunlar yola düşdü - Ukraynanı mühasirəyə alan Rusiyaya ƏKS HƏMLƏ! 

Bütün dünyanın diqqəti Ukrayna və Rusiya arasındakı gərginliyə yönəlib.

Ukrayna ilə sərhəddə təlimlərini davam etdirən Rusiya, demək olar ki, hərtərəfli müharibə hazırlıqları görür. Ukraynanın periferiyası Rusiyanın mühasirəsində olduğu vaxt Qərb Moskvanı bu addımdan çəkindirməyə çalışır.

Teleqraf.com xəbər verir ki, Rusiya dəfələrlə belə bir müharibənin onun tərəfindən başlamayacağını bəyan etsə də, Qərb artıq Şərqi Avropada hərbi baza qurmağa başlayıb.

ABŞ-ın Şərqi Avropadakı NATO ölkələrinə 3000-lik hərbu qüvvə göndərmək planı da artıq işə düşüb. Plana uyğun olaraq Polşa və Almaniyaya 2000, Rumıniyaya isə 1000 hərbçi göndərilib. ABŞ hərbçilərini daşıyan ilk təyyarələr yola düşüb.

Şimali Karolinadakı 18-ci və 82-ci Hava Desant Diviziyalarından Almaniya və Polşaya 2 min hərbçi göndəriləcəyini deyən Pentaqonun sözçüsü Con Kirbi Rumıniyaya göndəriləcək 1000 hərbçi ilə bölgədəki ABŞ qüvvələrinin sayının 1900-ə yüksələcəyini bildirib. Artıq həmin qüvvələrin göndərilməsinə başlanılıb.

Mümkün işğala qarşı Avropanın şərqinə göndərilən hərbçilər “C-17” tipli təyyarələrlə daşınır.

Kirbi ABŞ hərbçilərinin müttəfiqlərin müdafiəsinə dəstək verməyi hədəflədiyini və Ukraynaya girməyəcəklərini deyib:

ABŞ ümumilikdə bölgəyə 8500 hərbçi göndərməyi planlaşdırır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər