
Qoyunları canavardan qorumağın qeyri-adi üsulu tapıldı
Avstriyalı fermer Rudolf Şaubax qoyunları canavarlardan qorumaq üçün xüsusi bir "zireh" hazırlayıb.
Fermer bu addımı Avstriya və qonşu Almaniyada ev heyvanlarına canavar hücumlarının artması səbəbindən atıb.
Qeyd olunur ki, bu ixtiranın hazırlanmasına təxminən üç il vaxt sərf olunub. Müəllifin ideyasına görə, üzərində tikanlı çıxıntılar olan yüngül plastik tor qoyunların hərəkətinə mane olmur.
Ehtimal edilir ki, canavar hücum zamanı tikanlardan ağrı hiss etdikdən sonra qoyuna təkrar hücum etməyə cəhd göstərməyəcək./Oxu.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın