Qubad İbadoğlu:“Anbarlara 577 milyon manatlıq satılmamış mal yığılıb”

Qubad İbadoğlu:“Anbarlara 577 milyon manatlıq satılmamış mal yığılıb” 

“Ölkədə anbarlara 577 milyon manatlıq satılmamış mal yığılıb”.

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədə yazıb.  Ekspert qeyd edir ki, istehsal müəssisələrinin anbarlarında məhsul qalığı ilbəil artır: “Anbar qalığı 1 yanvar 2015-ci ildə 355,1 milyon manat, 1 yanvar 2016-cı ildə 415,8 milyon manat, 1 yanvar 2017-ci ildə 471,2 milyon manat olub, dekabrın 1-nə 577 milyon manata çatıb. 10 ay ərzində müəssisələrin anbarlarında hazır məhsul qalığı 106 milyon manata qədər artıb.

Məhsul qalığının artımını əsasən iki səbəblə izah etmək olar: istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmaması, eləcə də bazarın tələblərinə cavab vermədiyi üçün satılmaması və bəzi məhsulların qiymətlərində artımın gözləndiyini nəzərə alan istehsalçıların onları satışa çıxarmaması.

Mövcud vəziyyət daha çox keyfiyyətsizlik və rəqabətə davamsızlıq ucbatından yaranıb. Xüsusilə son 13 ildə 62,8 milyard manat xərclənən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yaradılan yeni müəssisələr və sexlərin bir çoxunun məhsulu bazarın tələblərinə cavab vermədiyi üçün satılmır, müəssisələrin anbarlarına qayıdır.

Digər tərəfdən istehsalçılar gözlənən qiymət artımını nəzərə alaraq bəzi məhsulları bir müddət anbarlarda saxlayır və qiymət artanda satmağa üstünlük verir. Hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davamlı xarakter daşıyır və onun səviyyəsi getdikcə qalxır. Odur ki, anbar qalığının artımında bu faktor da nəzərə alınmalıdır”.

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər