Qubad İbadoğluna və həyat yoldaşına qarşı zorakılıq iddialarına

Qubad İbadoğluna və həyat yoldaşına qarşı zorakılıq iddialarına -DİN-dən cavab

ADR Partiyasının sədri Qubad İbadoğlunun dünən onunla birlikdə saxlanılandan sonra sərbəst buraxılan həyat yoldaşı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman zorakılığa məruz qaldıqlarını deyib.
"Həm mən, həm də Qubad İbadoğluya zorakılıq tətbiq olunub. Hər ikimizin bədənində xəsarət izləri var".
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə Gununsesi.info-ya açıqlamasında bu iddiaları təkzib edib:

"Bu söylənilənlərin heç bir əsası yoxdur".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi