Qudalar narazılıq yaradır-

Qudalar narazılıq yaradır- Arif Qaraşov,Cavanşir Tağıyev...

Qudalar narazılıq yaradır.Belə ki,sosial media istifadəçisi Səbirə Mahmudova Arif Qaraşov barəsində müraciət paylaşıb.Məlum müraciəti təqdim edirik:

"Ay Arif Qaraşov heyyy...
Satdığın binalarda insanların konistisyon hüquqlarını niyə pozursan? Hündürmərtəbəli yaşayış binasının orta mərtəbəsində açdığın fitnes-klubun guppultusu insanları xəstə salıb,fərqindəsinizmi? Bu milləti çalıb-çapıb yığdıqlarınız yetmirmi ki, camaatın qəpik-qəpik toplayıb aldığı mənzillərdə də rahatlıq vermirsiniz,nədən? Bu qədər vicdansızlıq olmaz ki,boynu yoğun gədaların , əzələlərinə iynə vurub musqul şişirdənlərin vasitəsilə sakinlərə hədə-qorxu gəlirsiz ,ayıb deyilmi? Alıb-aldatmaq dünyasıdırmı ki,mənzil satanda bu özbaşınalıqların olacaqını deməmisiz.
Ölkə prezidentinin ardıcıl qərarlarında vətəndaş təhlükəsizliyinin təminatını eşitməyən sabiq məmurun binasında baş verənləri yaymaqdan başqa əlac olmadığını bilən sakinlər tezliklə Mehriban Əliyevaya müraciət edəcəklər.

Müraciət edilən FHN,Yasamal İcra Hakimiyyətinin səsi gəlmədiyini deyəcəklər...

Teref.az olaraq qeyd etmək istəyirik ki, sözü gedən bina Şərifzadə 118 ünvanında yerləşən "Yadamal-S"MMC tərəfindən inşa edilmiş "Şərifzadə Center"-dir. Binanın 3 mərtəbəsində fitnes zal açıblar. Bu isə bütün qonşuların narazılığına səbəb olub.

Şikayətçilərin dediyinə görə binanı Arif Qaraşovla qudası Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev inşa ediblər. Sakinlərin bildirdiyinə görə, onlar FHN-ə şikayət etsələrdə nazirlik onların şikayətini Ysamal İcra Hakimiyyətinə yönləndirib.Şikayətləri isə bu günkü günə qədər həll olunmayıb. 

Binanın qazı, işığı var,amma  ev sahiblərinə "kupça" verilmir.Sahə müvəkkilinə qədər şikayət edilməsinə baxmayaraq,sakinlərə əlavə  "Hara şikayət edirsiz, edin"-deyilir. /Teref.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi