
"Quyudan səs çıxdı,Tahir Xəlilova göndərdiyim məktubdan xəbər çıxmadı"-Sakin bu dəfə Arif Mərdanova üz tutdu
"Pul yığmağa, qiymətləri qaldırmağa yaxşıdırlar. İş görməyə gələndə yaxalarını kənara çəkib min bir bəhanə gətirirlər."
Faktinfo.az xəbər verir ki,şikayətçi Nazirə Əzimova daha sonra bildirir: "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əvvəlki sədri Tahir Xəlilova 16.03.2026-cı ildə ünvanladığım SS991192885AZ saylı məktubumda bildirmişdim ki,Nizami rayonu Şirin Mirzəyev 72 binanın,3-cü blokunun zirzəmisinə kanalizasiya suları axır.Nəticədə ifunət iyi binanın bloklarına dolur, 1-ci mərtəbədə yaşayanlar ümumiyyətlə pis qoxudan evlərində dayana bilmirlər.Bu səbəblə 1-ci mərtəbənin blokundan zirzəmiyə keçən 3-4 metrlik borunun dəyişdirilməsini,qrumun üzərinə düşən vəzifəsini yernə yetirməsini məktub göndərməklə xahiş etmişdim.
Quyudan səs çıxdı,Tahir Xəlilova göndərdiyim məktubdan xəbər çıxmadı.Həqiqətən utancverici vəziyyətdir ki,dövlət qurumu abonentlə arasında olan öhdəliyi bir ilə yaxındır yerinə yetirmir."
Hazırda "İri Şəhərlərin Su Təchizatı" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Arif Mərdanov cənabına üz tuturam, mahiyyəti 100-200 AZN civarında olan, 1-2 saat vaxt ala biləcək xoşagəlməz vəziyyəti borunun dəyişdirilərək aradan qaldırılmasına göstəriş verməsini çoxsaylı sakinlər adından ondan xahiş edirəm.
Və hesab edirəm ki,biz sakinlər bu xırda məsələyə görə,ölkə prezidentinə,birinci vitseprezidentə müraciət etməyə məcbur qalmayacağıq,-Nazirə Əzimova bildirir.
Faktinfo.az














Bu xəbər üçün şərh yazın