“Rabotino qəsəbəsində nüvə silahından istifadə etmək mükəmməl olardı” –

“Rabotino qəsəbəsində nüvə silahından istifadə etmək mükəmməl olardı” – Rusiyalı deputat

"Rusiya Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinə nüvə zərbəsi endirməlidir".

AzPolitika.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, istefada olan general-leytenant Andrey Qurulev rusiyalı jurnalist Vladimir Solovyovun efirində deyib.

Qurulev Ukrayna ordusunun bölgədə əldə etdiyi uğurların qarşısını almaq üçün bu yaxınlarda rus işğalından azad edilən Rabotino qəsəbəsinə nüvə bombası atmağı təklif edib.

“Bu yaxınlarda Ukrayna qüvvələri tərəfindən geri alınan Rabotino qəsəbəsində dağıdıcı nüvə silahından istifadə etmək mükəmməl olardı. Onlar (Ukraynalılar-red.) hamısı orada bir yerə toplaşıblar. Rabotino qəsəbəsi taktiki nüvə silahının istifadəsi üçün ideal yerdir”, - deyə o bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi