Radioloq: "TƏBİB bu test məsələsinə əncam çəkməzsə, ölkənin yarısı qırılacaq"

Radioloq: "TƏBİB bu test məsələsinə əncam çəkməzsə, ölkənin yarısı qırılacaq" — FOTO

“TƏBİB əgər bu mənfi analiz söhbətinə bir əncam çəkməzsə əhalimizin yarısı yaxında qırılacaq”.

Bu sözləri həkim-radioloq Qeyrət Nəsirov sosial şəbəkələrdə yazıb. Q. Nəsirov bildirib ki, koronavirus testinin nəticəsi neqativ çıxan insanlar bir çoxlarını yoluxdurur:


“Hal-hazırda ölkədə vəziyyət belədir – kiminsə qrip bənzəri şikayətləri olur, bir qədər gözləyir, baxir ki, düzəlmir, gedir analiz verir, analizlər kütləvi mənfi çıxır. “Analizim mənfi çıxdı” deyə sevinən insan əlini atır qulağının dibinə, şəhərdə gəzir, küçədə-bayırda, hər qarşısına çıxanı yoluxdurur. Bir də baxır ki, ailədə hamı öskürür, temperatur yüksəlir, təngənəfəslik yaranır, təlaşlanır, gəlir ağciyərlərini yoxlatmağa. Baxırsan ki, ağciyərlər artıq darmadağın olub. Xəstəyə bunu deyirsən inanmır, deyir mənim analizlərim mənfidi, gedir yenə evde kortəbii bəzi müalicələri almağa davam edir. Və sonda bu günkü duruma gəlir çıxır hər şey – xəstəxanalarda yer yox və insanlar Amerikadan, İtaliyadan daha sürətlə ölümə doğru gedirlər”.
/Yeniavaz.com

Radioloq: "TƏBİB bu test məsələsinə əncam çəkməzsə, ölkənin yarısı qırılacaq"
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi