“Raketlər öz sözünü deyəcək” - Zelenskidən ilk açıqlama

“Raketlər öz sözünü deyəcək” - Zelenskidən ilk açıqlama 

Ukrayna Prezident Volodimir Zelenski ABŞ-nin ilk dəfə Ukraynaya Rusiya ərazisinə zərbə endirmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qafqazinfo.az xəbər verir ki, Ukrayna lideri bu barədə teleqram kanalında videomüraciət yayımlayıb.

“Bu gün mediada çoxları müvafiq addımlar atmaq üçün icazə aldığımızdan danışır. Amma zərbələr sözlə vurulmur. Belə şeylər açıqlanmır. Raketlər öz sözünü deyəcək”, - dövlət başçısı bildirib.

Xatırladaq ki, Fransa və Böyük Britaniya da SCALP/“Storm Shadow” uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi