Ramiz Mehdiyev AMEA-dakı nöqsanları açıqladı -

Ramiz Mehdiyev AMEA-dakı nöqsanları açıqladı - "Ciddi struktur islahatları aparılmalıdır"

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ciddi struktur islahatlarının aparılmasına ehtiyac var.

Bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev deyib.

R.Mehdiyev Akademiyanın elmi müəssisə və təşkilatlarının idarəçilik sistemində çatışmazlıqların olduğunu, bəzi hallarda subardinasiya qaydalarının gözlənilmədiyini bildirib.

O, Akademiyada yeni yaradılan yoxlama komissiyasının müəssisələrdəki mövcud çatışmazlıqları aşkarlamaq baxımından önəmli olduğunu deyib, akademiyanın gələcək fəaliyyətinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcəyini söyləyib./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi