RAMİZ MEHDİYEV SABİQ DEPUTATA YÜKSƏK VƏZİFƏ VERDİ -

RAMİZ MEHDİYEV SABİQ DEPUTATA YÜKSƏK VƏZİFƏ VERDİ - Direktor təyin etdi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

Belə ki, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

Elton Məmmədov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib.

"Bəli, yeni vəzifəyə təyin olunmuşam. İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetindəki fəaliyyətimi dayandırmışam", - o bildirib.

Qeyd edək ki, E.Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Eks-deputat hazırda Azərbaycan Texniki Universitetinin prorektoru vəzifəsində çalışır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər