Rauf Əliyev tovuzlulara təşəkkür etdi

Rauf Əliyev tovuzlulara təşəkkür etdi – Video

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rauf Vəliyev Tovuz kəndlərində təbliğat-təşviqat görüşlərini başa vurub.

Fevralın 5-də Rauf Vəliyev daha 5 kənddə - Kirən, Sofulu, Qalaboyun, Baqqallı və Koxanəbi kəndlərində seçicilərlə səmimi münasibət yaradıb, qarşılıqlı fikir mübadiləsi aparıb. Hər görüşündə olduğu kimi, Rauf Vəliyev bu dəfə də sakinləri narahat edən qayğıları qeydə alıb.

Məlum olub ki, işıq dirəklərinin köhnəliyi bu 5 kənddə də əhaliyə çətinlik yaradır. Həmçinin Kirən kəndindən başqa, adıçəkilən digər kəndlərdə qaz problemi də mövcuddur.

Kirən kəndində sakinlər məktəb və tibb məntəqəsinə ehtiyac duyduqlarını bildiriblər. 17 şəhidi olan bu qəhrəman kənd düşmənlə sərhəddə çox yaxındır və qarşıda erməni postu görsənir.

Deputatlığa namizəd Rauf Vəliyev kəndlilərin bütün problemlərini qeydə alıb və bu problemləri daima diqqətdə saxlayacağını söyləyib.

Ümumilikdə Tovuzun 104 saylı seçki dairəsinin ərazisinə düşən bütün kəndlərində görüşlər keçirən Rauf Vəliyev olduqca nikbin əhval ruhiyyədədir:

“Ən əsası odur ki, tovuzlularla bir-birimizə qarşılıqlı inamımız yarandı və nəticədə xeyli yaxşı dostlar qazandım. Onların inamı, dəstəyi, səsləndiriyi fikirlər mənə böyük güc verdi. Hər bir tovuzluya öz dərin təşəkkürümü bildirirəm!”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi