"Real Madrid" qələbə qazandı

"Real Madrid" qələbə qazandı 

İspaniya La Liqasının 28-ci həftəsində "Real Madrid" 6 min azarkeş tutumuna malik olan "Alfredo di Stefano" stadionunda "Eybar"ı qəbul edib.

Görüş Madrid təmsilçisinin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın qollarını Toni Kros, Serxio Ramos və Marselo vurub. "Eybar"ın heyətində isə Pedro Biqas fərqlənib.

Qeyd edək ki, "Real Madrid" tarixində ilk dəfədir La Liqa matçını 6 minlik "Alfredo di Stefano" stadionunda keçirir. Klubun əsas stadionu - "Santyaqo Bernabeu" təmirə bağlanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi