Rektor Bolqarıstanda bir sıra görüşlər keçirib

Rektor Bolqarıstanda bir sıra görüşlər keçirib 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun Bolqarıstanın Plovdiv Universitetinə səfər edib.

Səfər çərçivəsində rektor müxtəlif tədbirlərdə iştirak edib, universitetlərarası əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirələr aparıb.

ADAU-nun mətbuat xidmətindən Faktinfo.az-a verilən məlumata görə,rektor İbrahim Cəfərov Plovdiv Aqrar Universitetinin rektoru, professor, doktor Xristina Yançeva və prorektor ilə görüşüb, qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün real imkanlar müzakirə edilib.

Həmçinin, İbrahim Cəfərov “Bakı-qədimliyin və müasirliyin harmoniyası” Şəkil Sərgisinin rəsmi açılışına da qatılıb.

ADAU-nun rektoru BASF, Syngenta, Summit Agro, Korteva /Bitki Qoruma Məhsulları Şirkətləri və Nick Electronics /Kənd Təsərrüfatı/ iştirakı ilə "Təhsili dəstəkləyən Aqrobiznes" Karyera İnkişaf Forumunun rəsmi açılışında da iştirak edib. Şirkətlər öz fəaliyyətləri barədə məlumat verib,eləcə də  tələbələrə və məzunlara iş imkanları və təcrübə proqramları təqdim edilib.

Plovdiv Aqrar Universitetində yerləşən Kənd Təsərrüfatı və digər məhsullar üzrə 16 + 1 Elektron-Ticarət Təqdimat Mərkəzinə səfər, Kənd Təsərrüfatı, Qida və Meşə Nazirliyi nəzdində Çin, Mərkəzi və Şərqi Avropa ölkələri arasında Kənd Təsərrüfatı sahəsi üzrə əməkdaşlığın İnkişafı assosiasiyasının direktoru Vasil Gelev ilə görüş, Brestnik kəndində təcrübə sahələrinə baxış, Şərabçılıq Universitetinə səfər və universitetin şərab məhsullarının dequstasiyası da əlaqələrin inkişafı baxımından maraqlı olub.



















Rektor Bolqarıstanda bir sıra görüşlər keçiribRektor Bolqarıstanda bir sıra görüşlər keçiribRektor Bolqarıstanda bir sıra görüşlər keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi