Rektor müəllimə cavab verdi : “Sizə veriləcək dərs saatı yoxdu”

Rektor müəllimə cavab verdi : “Sizə veriləcək dərs saatı yoxdu” - Müəllim and içdi,sona qədər mübarizə aparacam

Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi barədə müxtəlif dövlət orqanlarına şikayətlər göndərilir,digər narazı kəsm müəllimlər də şikayət etməyə hazırlaşır.

Sayta göndərilən məlumatdan belə başa düşülür ki,ADİU-nun Rus Dili kafedrasından  işdən çıxarılan Zərifə Mansurovadan başqa da narazılar  olacaq.Hətta,həmin müəllimlərin kollektiv şəkildə ölkə rəhbərliyinə,KİV-lərə müraciət ünvanlayacağı gözlənilir.

Faktinfo.az xəbər verir ki,bu fikirlər hələki adının açıqlanmasını istəməyən,eləcə də sayta şəxsiyyət vəsiqəsinin sürətini göndərməyən, ADİU-nun professoru tərəfindən bildirilir.Sayt müəyyən həddə məlum professorun fikirlərinin yayımına o halda şərait yaradacaq ki,şəxsin anonimliyinə dair şübhəni aradan qaldıran şəxsiyyət vəsiqəsinin sürəti elektron poçta göndəriləcək.

Hazırda, Faktinfo.az  bir neçə gün əvvəl ADİU-nun Rus Dili kafedrasının işdən çıxarılan müəllimi Zərifə Mansurova tərəfindən sayta göndərilən  məlumatları ixtisarla oxucularına çatdırır.

Şikayətçinin məlumatına görə, rektor Ədalət Muradovun  ADİU-da  Differensial əmək haqqının tətbiqində yol verdiyi qanuna və hüquqa zidd qərarından Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi şikayətə dair cavab alıb.Sayta göndərilən bildirişdən belə aydın olur ki,artıq Differensial əmək haqqı ilə bağlı onun prokurorluğa göndərdiyi sənədlər qeydiyyata alınıb.Nəticəsi barədə şikayətçiyə yazılı cavab veriləcək.

Z.Mansurova onu da bildirir ki, rektor Ədalət Muradov onu 6 oktyabır 2018-ci ildə qəbul etməli imiş. Görüş əvvəlcədən  razılaşdırılıbmış. Lakin ,o gözləmədiyi halda ADİU rektorunun göstərişinə əsasən bir gün tez, 5 oktyabır tarixində universitetə çağrılıb.Tərəflər arasında aparılan söhbət 10 dəqiqəyə yaxın çəkib.Ə.Muradov  Z.Mansurovaya bildirib ki,onu Rus Dili kafedrasına işə qaytarmayacaq.Çünki,rus dili fənni üzrə  dərs saatı qalmayıb,tərcüməçi ştatında da yer yoxdu. Hətta,rektor qabağa gedərək bildirib ki,Apellyasiya Məhkəməsinin çıxaracağı qərar da onun üçün tövsüyyə xarakteri daşıyacaq. Rektorun bu tərzini şəxsinə 5 oktyabır "Müəllim Günü"ndə qərəz və düşmənçilik kimi səciyələndirən Z.Mansurova bundan sonra universitetdən çıxır,müqəddəs ziyarətgahlardan birində qurban kəsdirəcəyinə,son nəfəsinə qədər pozulmuş haqq və hüququnun bərpası üçün mübarizə aparacağına and içir.Hazırda şikayətçi ADİU-da mənimsənilən milyonlara dair daha ciddi sənədlərin üzərində işlədiyini bildirir.

Faktinfo.az isə ADİU-nun Rus Dili kafedrasının işdən çıxarılan müəllimi Z.Mansurovaya dair bir  qənaətin üstündə dayanır.O, nə səbəbə işdən kənarlaşdırıla bilərdi?

Bunu onunla əlaqələndirmək olar ki,Z.Mansurova işdən çıxarılmağını müti və itaətgar şəkildə qəbul edəcəyi təqdirdə,onun ilk əvvəl əvəzçilik qaydasında əvəz olunan dərsləri "ləğv" olunmadan,sonradan işə götürüləcək digər bir müəllimə verilə bilərdi.

Və yaxud müəllimin 0,5 aklad ixtisası üzrə tədris etdiyi rus dili fənninə aid dərs yükü başqa fənlər üzrə kafedraya yönləndirilməklə adı məchul kafedraya işə yeni bir müəllim götürülməsini bəlkə də mümkünləşdirərdi.  Bunu  ona görə xatırladırıq ki,Z.Mansurova konkret Əmək Məcəlləsinin hansı maddəsinə uyğun işdən çıxarılmasını  ilk əvvəl heç özü də bilməyib. Eləcə də xatırlayanlar bilir ki,Apellyasiya Məhkəməsində mübahisə predimeti kimi baxılmış  bu işə dair hakim müəllimin hansı səbəbdən  işdən çıxarılmasına dair sənəd istəyib. Məhkəmə zamanı akta bu barədə nəsə əlavə olunub- olunmamasını bilməsək də deyə bilərik ki,ADİU-nu təmsil edən hüquqşünaslar ilk əvvəl , Z.Mansurovanın Differensial əmək haqqı sisteminin tələbinə uyğun işdən çıxarılmasını bildiriblər.Hakim bu barədə növbəti məhkəməyə sənəd təqdim edilməsini tələb edib.ADİU-nun rəhbərliyi  Differensial əmək haqqı sisteminin tələbinə görə müəllimin işdən çıxarılmasının yolverilməz olduğunu anladıqda sənəd məhkəməyə təqdim olunmayıb.Növbəti məhkəmələrdə  Z.Mansurovanın Əmək Məcəlləsinin müxtəlif maddələrinə əsasən  işdən çıxarılması ardıcıllıqla təkirarlanıb.

Buradan  bir daha görünür ki,ADİU-nun rəhbərliyi təxmin etməyib ki,Z.Mansurova işdən çıxarılmasına dair şikayət edər.Eləcə də, belə nümunələri ADİU-nun tətbiq etdiyi Differensial  əmək haqqı sisteminin tərəflərinə şamil edərək deyə bilərik ki,universitetin rəhbərliyi ilk yüzlükdə kimlərin təmsil olunduğuna dair siyahını bir neçə dəfə dəyişərək sonda saytdan çıxardı. Bu isə o anlama gəlirdi  ki,Z.Mansurovanın əlində olan sənədlərin müqayisəli şəkildə təhlilinə imkanlar yaradılmasın.Amma,Differensial əmək haqqı sisteminin  kimlərə şamil olunmasına dair siyahı ADİU-nun saytından silinsə də, bir neçə nüans yenə də unuduldu...

Qeyd edək ki,8.10.2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəmə keçirilib.Hakim Fuad Talışinskinin sədirliyi ilə keçirilən prossesdə 1-ci instansiya Səbail Rayon Məhkəməsinin iddia ərizəsinin ötürülməsinə görə qətnaməsi qüvvədə saxlanılıb.Bunu qəbul etməyən ADİU-nun Rus Dili kafedrasının işdən çıxarılan müəllimi Z.Mansurova Ali Məhkəməyə müraciət edəcəyini bildirir.

Faktinfo.az

Rektor müəllimə cavab verdi : “Sizə veriləcək dərs saatı yoxdu”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi