Rektor müəllimləri BOĞAZA YIĞIB... - İTTİHAM VAR!

Rektor müəllimləri BOĞAZA YIĞIB... - İTTİHAM VAR! 

Bir qrup müəllimin adından redaksiyamıza daxil olan şikayət məktubunda bildirilir ki, rektor universitetin Xarici dillər kafedrasının ingilis dili müəllimlərini ildə iki dəfə "British Council” xətti ilə imtahan edir, hər dəfə də müəllimləri işdən çıxarmaqla təhdid edir:

 "Keçən yayda dərs ili, imtahan sessiyası bitən kimi bizə tətilə çıxmağa, dıncəlməyə icazə vermədi. Əmək Məcəlləsınə zidd olaraq, bizi iki ay tətil müddətində kurslarda iştirak etməyə məcbur etdi. Təkcə ingilis dilli müəllimləri deyil, qeyri-ixtisas müəllimlərini də hətta yaşları 65 ötmüş müəllimləri ingilis dilini öyrənməyə məcbur etdi. Tətil zamanı dincəlib yeni tədris ilinə hazırlaşmaq əvəzinə, isti yay günlərində həftədə 3 dəfə, hətta kursun sonuncu ayında 4 dəfə bizi məcburən dərslərə cəlb etdi. Həmin müddətdə kamerası bağlı olan müəllimlərə hər formada təzyiqlər olunurdu. Hamıya məlumdur ki, bir il gərgin işləyən müəllimlərə istirahət lazımdır, çox vaxt müalicə olunmalıyıq, amma bunlara bizə icazə verilmədi. Kimin şikayətləndiyini eşidirdilər onu işdən kənarlaşdıracaqları ilə təhdid edirdilər”.

Bütün bunlardan sonra konsulluq universitetin müəllimlərini imtahan edib. İmtahandan sonra iki nəfər müəllimə (Zahirə Kazımova və Zamirə Əfəndiyeva) auditoriyaya dərs keçməyə icazə verilməyib: "Hamımız çox gərgin il yaşadıq, amma bizim nə yaşadığımız rektor Mustafa Babanlının vecinə deyil. Bir sözlə, biz çox təhdidlər altında işləyirik bu gərginlik də iş əmsalımızı aşağı salır. İndi də bu il sentyabrdan bizə zorla attestasıyadan keçməyimiz üçün sənədə imza atmağı tələb etdi, əks təqdirdə, işdən azad edəcəyini bidirdi”.

Təhdidlər bunlarla bitmir. ADNSU müəllimləri bildirirlər ki, tələbəyə əla qiymət yazanda töhmət veriləcəyilə hədələnirlər: "Deyirlər, tələbə səndən çox bilir ki, sən onun qiymətini kəsə bilmirsən? Rektor bizim başqa zamanlarda dil səviyyəsinə görə aldığımız sertifikatlara məhəl qoymur. Hazırda tədrislə məşğul olduğumuz bir vaxtda yenə də bizi attestasiya edir və kimi istəyir keçirdir, kimi istəyir saxlayır. (Yeri gəlmişkən, müəllimlərin sonradan redaksiyamıza verdikləri məlumata görə, aprelin 11-də - bu gün daha bir attestasiya keçirilib, aprelin 13-də isə növbəti attestasiya baş tutacaq-red.) Biz müəllimlərə dərsdə tətbiq etdiyimiz metodların nəzəriyyəsindən ən azı bir kitab suallar təşkil etdirib kimsə hardasa axsayarsa, onu müəllim kimi alçaldır. Sual etmək lazımdır, hər tərəfdə sinif otaqlarında kamera var, müəllimin dərsini ordan da dinləmək olur, bəs nə məqsədlə biz müəllimlər ildə iki dəfə imtahan olunmalıyıq? Mustafa Babanlı tələbələrlə görüş keçirir və müəllimləri alçaldır, deyir, universiteti gəncləşdirəcəm. Rektorun belə bir bəyanat verməsi müəllimlərə psixoloji təzyiqdir.

Mustafa Babanlı 5 illik seçkidə bizi məcbur edir ki, öz istəyimizlə ərizə yazıb işdən çıxaq, sonra ikinci bir ərizəylə də işə qəbul edir. Kimin 5 illik müqaviləsini ləğv etmək istəyirsə, onun ərizəylə özü çıxdığını əsas gətirir. Seçkiyə gedərkən yerli elmi nəşrlərdə çıxan məqalələri qəbul etmir "WEB SCIENCE IMPACT FACTOR və SCOPS FACTORY” olan məqalələr tələb edir. Bu məqalələr isə ən azı 100 -150 dollara başa gəlir, bizim maaşımızla bu məqalələri çap etdirmək bizə çox çətindir. Maaş demişkən, cənab Prezidentin müvafiq sərəncamı ilə əməkhaqları 20 faiz artdığı halda, bizim əməkhaqqımız cəmi 15 faiz artdı. Bu barədə bizə açıqlama belə verilmədi. Biz isə işimizi itirmək qorxusundan səsimizi çıxara bimədik, çünki hər addımda biz rəhbərliyin işdən çıxarmaq təhdidlərilə qarşılaşırıq. Hazırda imtahan semestrinə hazırlıq dövrüdür midtermlər keçirilir, imtahan sualları hazırlanır, təqdimat qəbul olunur. Bu qədər gərgin iş rejimimizdə bizi imtahan edir”.
Müəllimlərin daha bir şikayəti liftlə bağlıdır. Onların sözlərinə görə, rektor Mustafa Babanlı müəllimlərə liftlə 6-cı mərtəbəyə çıxmaga icazə verir, amma qayıdıb 1 ci mərtəbəyə düşməyə icazə vermir: "Universitetin ikinci binası 6 mərtəbədən ibarətdir o binadan əsas binaya dərsə gəlmək üçün gərək pilləkənləri qaça-qaça düşəsən, üstəlik, əsas binanın 5-ci mərtəbəsinə, yaxud digər mərtəbələrə piyada qalxmalı oluruq. Otaqlarda kameralar var, müəllim dərsə kecikir, o zaman yenə töhmət alır.
Universtetdə milyonlar töküb turniket sistemi düzəltdiriblər, amma işləmir. İkinci semestr fevral ayından başlayıb, iki ay 10 gün olur ki, unibook sistemi işləmir. İndi də ancaq universitetdə unibooku işləyə bilərik, onun üçün də biz müəllimlərə heç bir şərait yaradılmır. "Universitetdə iki növbədə dərslər gedir otaqlarda dərslər olduğu halda müəllimlər iki ayın işini 3 günə necə yerinə yetirsinlər” sualını verəndə də cavab vermirlər. Bu kimi o qədər gərginlik var ki, universitetdə, hansı ki, müəllimlərin iş qabılıyyətini enerjisini tükəndirir. Bütün bu kimi neqativliklərin baş verdiyi bir universitetdə hansı inkişafdan söhbət gedə bilər? Müəllimlər də belə çətin bir zaman da çörək pulunu itirmək qorxusuyla yaşayır. Ümid edirik ki, bizim səsimizi kimsə eşidəcək, universtetdəki kimi səsimizi boğmayacaqlar”.
İlin sonunda universitetin büdcəsindəki qalıq vəsaitin bölgüsü də müəllimlərin narazı olduğu məsələlərdəndir: "Rektor büdcəni kafedra müdirlərinə, dekanlara və prorektorlara paylaşır. 2500-3000 manat prorektorlara, 1500-ə qədər dekanlara, 1000-1200-ə qədər də kafedra müdirlərinə ödəniş edilir. Əziyyət çəkən müəllimlərə bir manat da vəsait verilmir. Bayramlarda başqa universitetlər bütün müəllimlərə əlavələr verir, amma bizdə elə şey yoxdur”.

Bütün bu qeyd edilənlərlə bağlı mövqe almaq üçün ADNSU-nun mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərova müraciət etdik. Müəllimlərin yazdığı şikayət məktubunu mətbuat xidməti rəhbərinə göndərərək detallı münasibət istədik. B.Nəzərov nədənsə sorğumuza İT imkanlarından istifadə edərək cavab verməyə maraq göstərmədən bizi universitetə dəvət etdi. Buna lüzum və vaxt olmadığını bildirdikdə isə səsləndirilən iddialarla bağlı cavab verməkdən imtina etdi.
AFN.az və şəxsən bu yazının müəllifi olaraq bəyan edirik ki, redakasiyamıza gün ərzində bir neçə şikayət daxil olur. Şikayətin məzmununda yerində araşdırılması vacib olan iddia olmadığı təqdirdə qarşı tərəfin mövqeyini onlayn qaydada, yaxud da telefon vasitəsilə almağa üstünlük veririk. Eləcə də ADNSU müəllimlərinin iddialarının araşdırılması zamanı universitetə getməyə lüzum görülmədi. Lakin bu, qarşı tərəfə verilən sorğunu cavablandırmaqdan imtina üçün əsas deyil. Ölkənin müvafiq qanunvericiliyi də sorğu müəllifinə sorğusuna cavab almaq formasını özünün seçməsinə icazə verir. Beləliklə, jurnalist fəaliyyətimizdə daha bir qurumun mediaya barmağarası münasibətinin şahidi olduq. ADNSU rəhbərliyinin mediaya və dolayısı ilə ictimaiyyədə olan bu münasibəti onun haqqında səsləndirilən iddiaların doğru olması qənaətini yaratmaqdan başqa bir şeyə xidmət etmir. Ümid edirik ki, heç olmasa yazı dərc edildikdən sonra universitet açıqlama verəcək.
Mövzunu diqqətdə saxlayacağıq. //afn.az//

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi