"Rektorun repressiv idarəetmə metodu mürtəcə qaydada icra edilir"-

"Rektorun repressiv idarəetmə metodu mürtəcə qaydada icra edilir"- ADAU-dan şikayət

"Hamımız bilirik ki, işçilərin iş vaxtı Əmək Məcəlləsinə əsasən tənzimlənir. Lakin bu o demək deyil ki, bütün iş yerlərində işçilər gərəksiz olaraq 7 saat bir yerdə oturmalıdırlar".

Faktinfo.az xəbər verir ki,bu barədə DİA.AZ-a Azərbaycan Dövlət Aqrar Universiteti müəllimləri adından göndərilən müraciətdə deyilir.

Müraciət müəllifləri universitet rəhbərliyinin qanunlara riayət etmədiyini iddia edərək davam edir: "Bu gün bölgədə fəaliyyət göstərən universitet rektorlarından hansısa biri tələb edir ki, müəllim dərsinin olub-olmamasından asılı olmayaraq hər gün işə gəlməlidir və 7 saat kafedrada oturmalıdır.

Təsəvvür edin ki, 40-50 ilin professor-müəllim heyətinin "davamiyyətinin" yoxlanılması üçün boyu 148 sm alçaqlığında, şəxsiyyəti isə boyundan da alçaq olan "gənclər", əslində isə gədələr bir ali təhsil müəssisəsində rektorun repressiv idarəetmə metodunu mürtəcə qaydada icra edirlər.

Kafedraların "davamiyyət" cədvəli hazırlanır, hər bir kafedraya "dejurniy" müəllimlər təyin edilir. İşə geçikən, yaxud dərsi olmasa da kafedrada olmayan müəllimə təzyiq göstərilir, izahat yazdırılır, əmək haqqı kəsilir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi