“ ELDAR QULİYEV HƏLƏ DƏ ÖLKƏDƏKİ PROSESLƏRDƏN XƏBƏRSİZDİR...” –

“ ELDAR QULİYEV HƏLƏ DƏ ÖLKƏDƏKİ PROSESLƏRDƏN XƏBƏRSİZDİR...” – “Atdığı addımlar o qədər arxaik, primitivdir ki...”

Bu fikirləri 28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd Aygün Süleymanlı “AzPolitika.info”-ya müsahibəsində bildirib.

 Faktinfo.az xəbər verir ki, Aygün Süleymanlı sayta müsahibəsində Eldar Quliyevi ümumiyyətlə rəqib saymadığını vurğulayıb:"O, hələ də ölkədəki proseslərdən və Prezident İlham Əliyevin başlatdığı yeniləşmə siyasətindən xəbərsizdir. 70 yaşı haqlayan, 4 dönəm Milli Məclis üzvü olan bu şəxsin atdığı bütün addımlar o qədər arxaik, o qədər primitivdir ki, ona hansı dildə cavab verəcəyimizi şaşırırıq. Seçki dövlətin ən önəmli tədbirlərindən biridir. Məsələ dövlət başçısının xüsusi nəzarətində olanda bu məsuliyyəti ikiqat artırır. Eldar Quliyev Azərbaycan cəmiyyətindən o qədər qopuq fiqurdur ki, sadə vətəndaşın belə fərq etdiyi tendensiyaları görməkdə çətinlik çəkir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi