Rəşid Behbudovun kürəkəni: "Polad 7-8 aydır Eteri ilə birgə yaşayır...

Rəşid Behbudovun kürəkəni: "Polad 7-8 aydır Eteri ilə birgə yaşayır... 

“Polad Bülbüloğlu ilə Eteri Leonidovnanın evlilik məsələsi cəmiyyətin diqqətini cəlb etməkdə davam edir. Amma, bu evliliyə diqqət ayıranları qınayanlar da var. İnsanları tənbeh edirlər ki, kiminsə şəxsi həyatını müzakirə etmək ədəbsizlikdir. Mən də razıyam. Hər kəsin şəxsi həyatı özünə aiddir və onu müzakirəyə çıxarmaq doğru deyil”.

 

Tanınmış jurnalist, Rəşid Behbudov Fondunun direktoru və “Space” TV-nin sabiq icraçı direktoru Kamil Şahverdi bu haqda yazıb. O bildirib ki, xəbər gündəmi zəbt etdikdə iki mənbə təkzib məlumatı tirajladı. Hər iki təkzib eyni vaxtda, eyni saatda dövriyyəyə buraxıldı:

 

“Qəribəsi odur ki, bu təkziblər eyni saatda eyni adamın adından, yəni Polad Bülbüloğlunun adından yayılsa da, tamamilə fərqli tonda və fərqli mövqedən yayımlandı. Birinci təkzibdə qeyd olundu ki, Polad Bülbüloğlu sentyabrın əvvəllərində Bodrumdan Bakıya qayıdacaq və onun evlənməsi xəbərini yayanlarla məhkəmədə görüşərək məsələyə hüquq müstəvisində qiymək verəcək.

 

İkinci təkzibdə isə deyildi ki, Polad Bülbüloğlu hamıya salam göndərdi və hamıya onun kimi uzun ömür yaşayaraq 81 yaşında evlənməyi arzuladı. Bir daha vurğulamaq istəyirəm ki, şəxsən mənə qətiyyən maraqlı deyil, Polad Bülbüloğlu evləndi, boşandı, hara getdi, hardan gəldi. Ancaq unutmaq olmaz ki, Polad Bülbüloğlu 18 il mədəniyyət naziri işləyib, 18 il səfir olub, hal-hazırda da deputatdır, komitə sədridir. Ona görə də onun evlilik məsələsi gündəm olub. Çünki tanınmış adamdır, həm də hakimiyyətdə təmsil olunur.

 

Evliliyə gəldikdə isə bildirirəm ki, Polad Bülbüıoğlu artıq 7-8 aydır Eteri Leonidovna ilə birgə yaşayır. Münasibətləri bir neçə il bundan əvvəl başlamışdı. Bu ilin yanvar ayından artıq bir yerdə yaşamağa qərar veriblər. Müxtəlif rəsmi, qeyri-rəsmi tədbirlərdə birlikdə, ər-arvad kimi iştirak edirlər. Hal-hazırda da Bodrumda birıikdə dincəlirlər. Keçmiş həyat yoldaşı ilə aralarında nələrin baş verdiyi də çoxlarına məlumdur. Bu ailə daxili məsələ olduğu üçün problemin incəliklərinə varmaq, detalları açıb tökmək istəmirəm. Buna ehtiyac da yoxdur.

 

Polad Bülbüloğlu ilə Eteri Leonidovnanın evliliyinin bu şəkildə gündəm olmasının səbəbi jurnalistlər, bloqerlər deyil, Polad Bülbüloğlunun özüdür. Adam yenidən evlənir, yeni arvadı ilə cəmiyyət arasına çıxır. Hamı bunu görür, bilir. Məsələ ictimailəşəndə isə onun adından müxtəlif formalarda təkzib olunur. Bunu başa düşə bilmirəm. Əgər bu pisdirsə, niyə etmisən? Yaxşıdırsa, niyə gizlədirsən? Bunun adı məncə cəsarətsizlikdir. Həmişə olduğu kimi, yenə də etdiklərini inkar etmək”.

 

Qeyd edək ki, Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və müğənni, ictimai-siyasi xadim Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı mediada yeni məlumat yayılıb. Bildirilir ki, sənətçi və diplomat üçüncü dəfə ailə həyatı qurub. Məlumata görə, Polad Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır. Xalq artistinin ikinci həyat yoldaşı Gülnarə Şıxəliyeva isə açıqlamasında məlumatı nə təkzib edib, nə də təsdiq.Musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər