Respublika Klinik Xəstəxanasında narazılıqlar davam edir-

Respublika Klinik Xəstəxanasında narazılıqlar davam edir- Tanınmş mamaginekoloq ərizə yazmağa necə məcbur edilib?

Xəstəxanalar Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeçiliyinə veriləndən sonra ölkə üzrə bütün səhiyyə müəissələrində narazılıqlar,dava-dalaş,xəstə məmunsuzluğu artmaqdadır.Artıq bura həkim şikayətləri də əlavə edilməkdədir.

Təssüf edici hal həm də odur ki,TƏBİB tərəfindən xəstəxanalara təyin olunan direktorların bəzilərində özünə vurğunluq hissi sezilməkdədir.TƏBİB rəhbərliyi bunu müşahidə etməsə də,bu xoşagəlməz vəziyyət ictimaiət nümayəndələri tərəfindən dərk edilməkdədir.

Hazırda bu acınacaqlı hal,Mirqasımov adına Respublika Klinik Xəstəxanasında da baş verməkdədir.

TƏBİB tərəfindən Respublika Klinik Xəstəxanasına Elviz Qasımovun direktor təyin edilməsi və bu təyinatdan sonra orada 200 dən çox şəxsin işdən kənarlaşdırılması kütləvi narazılığa səbəb olub.

Artıq işdən çıxardılanlar tərəfindən şikayət edilməyən dövlət orqanı qalmayıb.Eləcə də, şikayətçilərin fikirlərini mətbuat ictimailəşdirməkdə,müxtəlif ünvanlara teleqramlar vurulmaqdadır.

Belə bir şikayətçilərdən biri də,uzun illər Klinik Xəstəxanasında mamaginekoloq kimi çalışmış həkim Novruzova Bahar Sevindik qızıdır.Həkim başına gətirilənlərlə bağlı,inistaqramda 13 dəqiqəlik  çıxış edib.Paylaşılan və geniş oxucu kütləsi tərəfindən şərh yazılan videodan təxmin edilir ki,dərman peraparatları üzərindən Bahar Novruzovaya "torba" tikilib.

Faktinfo.az məlum videonun linkini təqdim edir: 

https://www.instagram.com/tv/Cx3KM1JtmVS/?igshid=MTc4MmM1YmI2Ng%3D%3D













Birinci məlumatlanmaq üçün facebook səhifəmizi