Respublika Stadionunda yıxılaraq ölən fəhlə yağışlı və küləkli havada işləməyə məcbur edilib?

Respublika Stadionunda yıxılaraq ölən fəhlə yağışlı və küləkli havada işləməyə məcbur edilib? 

Tofiq Bəhramov adına Respublika Stadionunun tavanı çöküb.

Faktinfo.az xəbər verir ki,hadisə ötən gün – dekabrın 12-də baş verib.

Mətbuatda yayılan məlumata görə, tavanın çökməsindən sonra arenanın təmirinə cavabdeh podratçı şirkət bərpa işləri aparmaq istəyib və bu zaman şirkətin fəhlələrindən Sumqayıt şəhər sakini 1968-ci il təvəllüdlü Sulduz Şükürov stadionun tavanından yıxılaraq xəsarət alıb. Onun daha sonra xəstəxanada vəfat etdiyi bildirilir.

Stadionun direktoru Tələt Məmmədov isə Qafqazinfo.az-a açıqlamasında tavanın çökməsi ilə bağlı məlumatı təsdiqləyib. Lakin podratçı şirkətin adını açıqlamayıb.

Xatırladaq ki, ötən gün gün ərzində paytaxt Bakı ərazisində yağışlı və küləkli hava şəraiti müşahidə olunub.

Yeniavaz.com-un apardığı araşdırmadan sonra məlum olub ki, Tofiq Bəhramov adına Respublika Stadionu təmir işlərilə əlaqədar olaraq 2022-ci ildə “Harmony İndustrial Construction and Enginering Group” MMC (VÖEN -1500429791) ilə podrat müqaviləsi bağlayıb.

Qeyd edək ki, bu müqavilə stadionda təmir işlərilə bağlı imzalanan sonuncu müqavilə olub.

“Harmony İndustrial Construction and Enginering Group” MMC-dən Yeniavaz.com-a verilən açıqlamada bildirilib ki, şirkətin Tofiq Bəhramov adına Respublika Stadionu ilə imzaladığı müqavilənin müddəti başa çatıb və onlar artıq bir-neçə aydır stadionda təmir işləri həyata keçirmirlər.

Məlumat üçün bildirək ki, Tofiq Bəhramov adına Respublika Stadionu ilə “Harmony İndustrial Construction and Enginering Group” MMC arasında imzalanan müqaviləyə görə damda ümumi sahəsi 700 kv. metr olan köhnə profnastil qatının sökülməsi işləri də olub.

Maraqlıdır ki, Tofiq Bəhramov adına Respublika Stadionu təmir işləri yeni başa çatdığı halda, yenidən təmir işlərinə başlayıb. 

Məlumat üçün onu da bildirək ki, Tofiq Bəhramov adına Respublika Stadionu təmir işləri görən “Harmony İndustrial Construction and Enginering Group” MMC bu günə kimi dövlət qurumlarının keçirdiyi dəyəri milyonlarla manat olan onlarla tender müsabiqəsinn qalibi olub. Şirkət 2021-ci ilə kimi “Piramida-F.R.” MMC adı ilə fəaliyyət göstərib.

Bundan başqa, daha əvvəl Dövlət Əmək Müfəttişliyi Xidməti “Piramida-F.R.” MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi