Rəsul Quliyevin ABŞ-dakı evinin fotoları yayıldı

Rəsul Quliyevin ABŞ-dakı evinin fotoları yayıldı 

Bildiyimiz kimi, “Siyasi Partiyalar Haqqında” qanunun tələblərinə uyğun olaraq Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar yenidən dövlət qeydiyyatına alınır.

Ekonominfo.az xəbər verir ki, yenidən dövlət qeydiyyatına alınan siyasi partiyalardan birinin – Gələcək Azərbaycan Partiyasını lideri istisna olmaqla digər partiyaların liderləri Azərbaycanda yaşayırlar.

 Gələcək Azərbaycan Partiyasını lideri Rəsul Quliyev isə 1996-cı ildən ABŞ da yaşayır.

 Milli Məclisin sabiq spikeri hazırda ABŞ-ın Florida ştatının Palm Coast şəhərində yaşayır. Təxminən 100 000 əhalisi olan şəhər Dubaydakı məşhur Palma adalarına bənzəyir. Palm Coast şəhərindəki evlər hər tərəfdən su kanalları ilə əhatə olunub. Şəhərdəki evlərin qiyməti də ABŞ-ın daşınmaz əmlak bazarı üçün kifayət qədər yükəsk hesab olunur. Rəsul Quliyevin evinin yerləşdiyi ərazidə evlərin qiyməti 800 000 – 1 000 000 dollar arasında dəyişir.

 Atlantik okeanının sahilində yerləşən bu şəhərdə evlərin əksəriyyətinin qarşısında kiçik motorlu qayıqların dayanması üçün xüsusi dayanacaqlar tikilib.

 Milli Məclisin sabiq spikerinin Palm Coast şəhərindəki evinin görüntülərini təqdim edirik:

Rəsul Quliyevin ABŞ-dakı evinin fotoları yayıldı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi