Ronaldo 2017-ci ildə ən çox gəlir əldə edən futbolçu olub

Ronaldo 2017-ci ildə ən çox gəlir əldə edən futbolçu olub 

Portuqaliyalı Kriştiano Ronaldo 2017-ci ildə Forbes jurnalı tərəfindən tərtib olunan dünyanın ən yüksək gəlirləri olan futbolçularının siyahısında birinci yeri tutub.

Faktinfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hazırkı Avropa çempionu Madridin "Real" və Portuqaliya yığmasının 32 yaşlı hücumçusu dördüncü ildir dalbadal siyahıda birinci yeri tutur. Nəşrin qiymətləndirməsinə görə, 2016-ci il iyunun 1-dən 2017-ci il mayın 31-dək olan dövr ərzində futbolçu 93 milyon dollar qazanıb.

Siyahıda ikinci yerdə "Barselonanın" və Argentina yığmasının üzvü Lionel Messi qərarlaşıb. Onun gəlirləri son ildə 80 milyon dollar təşkil edib.

Üçüncü yeri 37 milyon dollarla "Barselonanın" daha bir futbolçusu braziliyalı Neymar tutur. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq Uels yığmasının və "Realın" oyunçusu Qaret Beyl və "Mançester Yunaytedin" hücumçusu isveçli Zlatan İbrahimoviç yerləşiblər. Onların illik qazancı müvafiq olaraq 34 və 32 milyon dollar təşkil edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi