Ronaldo oynamaq istədiyi klubun adını açıqladı

Ronaldo oynamaq istədiyi klubun adını açıqladı 

"Yuventus" klubunun hücumçusu Kristiano Ronaldo PSJ-yə keçmək barədə düşünürmüş.

2019-cu ilin oktyabr ayında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Lokomotiv"lə oynanılan matçdan (2:1) sonra komandasının performansından narazı qalan Ronaldo özündən çıxıb. Qarşılaşmanın ardınca Andrea Anyelli, Pavel Nedved, Canluici Buffon və portuqaliyalı futbolçunun meneceri Jorje Mendeşin iştirakı ilə görüş keçirilib.


Məhz orada Ronaldo PSJ-yə keçmək istəyindən bəhs edib. O, Neymar və Kilian Mbappe ilə birlikdə oynamağın xəyalını qurduğunu bildirib. Portuqaliyalı oyunçunun braziliyalılarla münasibətləri yaxşıdır. Bununla yanaşı, o, Parisi sevir və orada yaşamaq istəyir.


2019-20 mövsümündə A Seriyasında 33 matçda meydana çıxan Ronaldo 31 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb./fanat.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi