Ronaldo Real Madriddən gedir?

Ronaldo Real Madriddən gedir? 

Real Madridin superstarı Kristiano Ronaldo İspaniya kariyerasının sonuna gəlib. Bu iddia ilə Portuqaliyanın məşhur qəzeti A Bola çıxış edib.

 Faktinfo.az xəbər verir ki, 32 yaşlı Ronaldo Real Madrid klubunun rəhbəri Florentino Perezə klubdan ayrılmaq istədiyini söyləyib. Paris Sen-Jermen, Mançestr Yunayted və ya Monakonun Ronaldo üçün 180 milyon avroluq bir təklif təqdim edəcəyini   iddia edən qəzet 2009-cu ildən bəri Real Madrid çalışan, qazandıqları və qazandırdıqları ilə missiyasını tamamlayan Ronaldo üçün Real Madrid günlərinin artıq sona çatdığını iddia edir.

Xatırladaq ki, bir neçə gün əvvəl vergidən yayınma iddiası ilə qalmaqal yaşayan Ronaldo bu mövzu ilə bağlı heç bir fikir bildirməyib. Lakin ulduz futbolçu keçən gün haqqında irəli sürülən iddiadan sonra Instagram hesabından "sus" işarəsi bildirən bir fotoşəkilini paylaşmış "Bəzən ən yaxşı cavab səssiz qalmaqdır" ifadəsini yazmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi