Ronaldo “Real”dan rəsmən ayrıldı –105 milyon avroya İtaliya klubuna keçdi

Ronaldo “Real”dan rəsmən ayrıldı –105 milyon avroya İtaliya klubuna keçdi 

“Real Madrid”in ulduzu Ronaldo klubundan bu gün rəsmən ayrılıb.

Faktinfo.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu İtaliyanın “Yuventus” komandasına keçib.

Məlumata görə, bu transferi 33 yaşlı Ronaldonun özü istəyib. Belə ki, “Real Madrid”in onun müqaviləsinə “105 milyon avro ödənildiyi halda, Ronaldo sərbəst qala bilər” maddəsini əlavə etməsindən sonra belə qərar alındığı deyilir.

Hələlik transferin məbləği və Ronaldoya il ərzində veriləcək məbləğ açıqlanmasa da, dəqiq olan odur ki, “Yuventus” “Real”a ən azı 105 milyonu ödəyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi