Ronaldonun təqdimatını 3 milyard insan izlədi

Ronaldonun təqdimatını 3 milyard insan izlədi 

Hücumçu Kristiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun oyunçusu kimi təqdimatını 3 milyard insan izləyib.

Bu barədə jurnalist Pedro Sepulveda özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 37 yaşlı hücumçunun təqdimatını 3 milyard tamaşaçı auditoriyası ilə dünyanın 40 kanalı nümayiş etdirib.

Qeyd edək ki, yanvarın 3-də “Əl-Nəsr” Ronaldonu Ər-Riyaddakı 25 min tamaşaçı tutumuna malik “Mrsul Park” stadionunda təqdim edib. Portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər