Rum patriarxlığının mitropoliti:

Rum patriarxlığının mitropoliti: "Ərdoğan Putinin istəyini iki dəfə rədd etdi"

“Vladimir Putin Rəcəb Tayyib Ərdoğana iki dəfə müraciət edərək Ukrayna kilsəsinə müdaxilə etməsini istəyib.

Bunun biri 2008-ci ildə, biri isə 2018-ci ildə olub. Türkiyə prezidenti isə bu istəyi rədd edib”.

Bu sözləri Fənər Rum patriarxlığının Bursadakı mitropoliti Elfidoforos Lambriniadis deyib.

Ukrayna pravoslav kilsəsinin avtokefaliya məsələsini şərh edən patriarx Türkiyə kimi dünyəvi dövlətdə yaşadıqları üçün şad olduqlarını bildirib: “Dövlət dini məsələlərə müdaxilə etmir. Patriarxlığımız müstəqildir. Biz bunu çox yüksək dəyərləndiririk. Ankaradan fərqli olaraq Moskva siyasi gücdən istifadə etməyə çalışdı”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi