Ruminiyanın Azərbaycandakı səfiri ADAU-da oldu

Ruminiyanın Azərbaycandakı səfiri ADAU-da oldu 

Azərbaycan Dövlət Aqrar Universitetinə səfər edən Ruminiyanın Azərbaycandakı səfiri Dan İanku təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüb.

Faktinfo.az-a Universitetdən verilən məlumata görə,rektor İbrahim Cəfərov Universitet haqqında səfirə ətraflı məlumat verib. Bildirib ki, bu gün Ruminiya Aqrar təhsil müəssisələri ilə Azərbaycan Dövlət Aqrar Universitet arasında əlaqələrin yaranmasına, onun daha da inkişaf etdirilməsinə maraqlıyıq və bu əməkdaşlığın yaranmasında səfir sözünə ehtiyac var. Bizdə tədris 3 dildə-azərbaycan, ingilis və rus dillərində aparılır və Ruminiyadan tələbələr qəbul edib ən yüksək səviyyədə təhsil verə bilərik. Stabil ölkəyik, 2 müasir tələbə evimiz var. Texniki imkanlarımız çox genişdir. Bu gün aqrar təhsil dövlətin tam nəzarətindədir və son 3 ildə aqrar təhsilin inkişafı üçün 50 milyon manatdan artıq vəsait ayrılıb. Hazırda 2 min nəfərin eyni vaxtda təhsil alması üçün daha bir tədris korpusu tikilir. Eyni zamanda molekulyar biologiya laboratoriyası qurulur və texniki peşə məktəbinin tikintisi aparılır. Bütün bunlar əsas verir ki, biz aqrar təhsil sahəsində geniş miqyaslı əməkdaşlıq edək. Bizdə yaxn vaxtlarda yay məktəbi başlayacaq. Bu məktəbdə Ruminiyadan da tələbələrin olması əməkdaşlığın ilk addımı olardı.

Səfir Dan İanku səmimi görüş üçün rektora təşəkkürünü bildirib. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatını görməməyin mümkünsüzlüyünü söyləyib və bu cür əməkdaşlığa onun ölkəsinin də ehtiyacının olduğunu diqqətə çatdırıb. 

Ruminiyanın Azərbaycandakı səfiri ADAU-da oldu
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi