Rus generaldan şok: Britaniya kəşfiyyatı o qədər güclü...

Rus generaldan şok: Britaniya kəşfiyyatı o qədər güclü... 

Britaniya kəşfiyyatı o qədər güclü işləyir ki, Rusiya ordusu Ukraynada məcbur olaraq tez-tez mövqelərini dəyişməli olur. Bu isə indiki şəraitdə bizə çox çətin başa gəlir.

Faktinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu fikirləri “Rossiya” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində Rusiya ordusunun generalı Andrey Kartopolov deyib.

“Rusiya ordusunun müharibə bölgəsində olan hərəkətləri tam olaraq Britaniya kəşfiyyatı tərəfindən öyrənilir. Bütün yığılan informasiya (atəş nöqtələrinin yerdəyişməsi barəsində - red.) 10 dəqiqə ərzində Ukrayna Silahlı Qüvvələrinin komandanlığına göndərilir. Yəni ki, 10 dəqiqə ərzində Ukrayna ordusu bizim hərbi strateji nöqtələrimizin dislokasiya yerlərini öyrənir. Bizə güclü əks-kəşfiyyat lazımdır. Biz onlarla bacarmırıq”, - deyə rus general qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər