Rus ordusu müdafiə xəttini yara bilmir - Ekspert

Rus ordusu müdafiə xəttini yara bilmir - Ekspert 

Hazırda Donbasdakı vəziyyət Rusiyanın əleyhinə inkişaf edir.

Rusiya Ukrayna qüvvələrini şərq istiqamətində sıxışdırır və əsas döyüşlər bu istiqamətdə gedir. Ukraynanın qurduğu müdafiə xətti rus ordusunun irəliləməsinə mane olur.

Bu barədə Estoniyanın ERR nəşri məlumat yayıb.

“Hazırda Xarkov və İzyum istiqamətləri kritik vəziyyətdədir. Rusiya ordusunun aktiv əməliyyatları müsbət nəticə versə, onda Donbasda Ukraynanın qoşun qruplaşmasını mühasirəyə ala biləcəklər. Bu isə Rusiya Federasiyasının Donetsk və Luqansk vilayətləri istiqamətində inzibati sərhədlərdə nəzarəti ələ keçirməyə yardım edəcək”, - Estoniya Müdafiə Liqasının Baş Qərargahının Planlaşdırma İdarəsinin rəisi Janno Myark deyib.

Qeyd edək ki, ekspertlərin fikrincə, gələn həftə həlledici olacaq. Rusiya qoşunu Ukraynanın şərq cəbhəsində müdafiə xəttini yara bilməsə, növbəti genişmiqyaslı hücumlar çətin olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər