Rus ordusu Ukraynada Atom Elektrik Stansiyasını ələ keçirdi -

Rus ordusu Ukraynada Atom Elektrik Stansiyasını ələ keçirdi - Avropa TƏŞVİŞDƏ

Rusiya qoşunları Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının ərazisinə nəzarəti ələ keçiriblər.

Ukrayna mediası xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi yayıb.

Məlumata görə, rusiyalı hərbçilər hazırda stansiyanın inzibati binasına və girişinə nəzarət edirlər.

Bildirilir ki, stansiyanı qoruyan ukraynalı hərbçilər arasında ölən və yaralananlar var. Buna baxmayaraq, stansiyanın personalı enerji bloklarında işləməyə davam edir.

Xatırladaq ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub, nəticədə yanğın baş verib. Yanğın hazırda söndürülüb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər