"Rusiya aqressiya sərgiləyə bilər,amma Türkiyə..."

"Rusiya aqressiya sərgiləyə bilər,amma Türkiyə..." -Zərdüşt Əlizadə

Azərbaycan ordusunun uğurlu hərbi əməliyaytları davam edir. Artıq 30 ilə yaxındır ki, işğal altında qalan torpaqlarımızın önəmli bir hissəsi azad edilib ki, bu da bütün xalqın böyük sevincinə səbəb olmaqdadır.

Ordumuzun uğurlu əməliyyatları ölkəmizi ermənipərəst dövlətlərin siyasi-diplomatik təzyiqi ilə üz-üzə qoya bilərmi? Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu cür təzyiqi isitisna etdiyini bildirdi:

“Azərbaycana Qarabağ məsələsində heç bir təzyiq mümkün deyil. Heç kəs bizə təzyiq göstərə bilməz. Biz qanuni-tarixi torpağımızı alırıq. Bizə kim deyə bilər ki, BMT nizamnaməsinin tələbini, BMT qətnamələrini, öz konstitusiyanın müddəalarını yerinə yetirmə? Nə Amerika, nə Rusiya Azərbaycana bu məsələdə təzyiq və təsir edə bilməz.

Rusiya aqressiya sərgiləyə bilər. Lakin belə bir addım atılsa, o zaman layiqli cavabını alacaq. Türkiyə açıq şəkildə bəyan edib ki, əgər hər hansı bir dövlət baş verənlərə müdaxilə etsə, o zaman qarşısında onu görəcək. Məsələ bu qədər sadə və qətidir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi