“Rusiya artıq Ukraynanın uzaqmənzilli silahlarının effektivliyini hiss edir"

“Rusiya artıq Ukraynanın uzaqmənzilli silahlarının effektivliyini hiss edir" - Danilov

“Rusiya artıq Ukraynanın uzaqmənzilli silahlarının effektivliyini hiss edir. Yaxın gələcəkdə bu, daha intensiv olacaq”.

Report.az  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov telemarafonun efirində deyib.

O bildirib ki, Ukrayna Rusiyanın sadə vətəndaşları ilə mübarizə aparmır: “Biz silahlarımızdan beynəlxalq hüquqi qaydalara uyğun olaraq ancaq hərbi obyektlərə zərbə üçün istifadə edirik”.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əlavə edib ki, Ukrayna qoşunları uşaq bağçalarına, xəstəxanalara və mülki əhalinin olduğu digər obyektlərə hücum etmirlər: “Ukrayna ilə Rusiya arasında əsas fərq budur”.

O. Danilov qeyd edib ki, Ukraynada uzaqmənzilli silahların istehsalı davam edir: “700 kilometr məsafədən hədəfi vurmaq bizim üçün rekord deyil”.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən Ukrayna ordusunun yerli istehsal olan uzaqmənzilli silahların köməyi ilə 700 km məsafədəki hədəfi vura bildiyini bildirmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi