Rusiya BMT TŞ-nin iclasını tələb etdi

Rusiya BMT TŞ-nin iclasını tələb etdi 

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Təhlükəsizlik Şurasından ABŞ-ın Ukraynadakı bioloji hərbi fəaliyyətini müzakirə etmək üçün bu gün toplaşmağı xahiş edib.

 ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin sözçüsü Oliviya Dalton isə Rusiyanın ABŞ-ın Ukraynada bioloji hərbi fəaliyyət göstərməsi ilə bağlı iddialarını təkzib edib.

O bildirib ki, Rusiya yalana cəhd edir:

“Bu, Rusiyanın bioloji və ya kimyəvi silah hücumuna haqq qazandırmaq cəhdi ola bilər. Biz Rusiyanın dünyanı manipulyasiya etməsinə və dezinformasiyasına inandırıcılıq qatmaq üçün BMT Təhlükəsizlik Şurasından sui-istifadəsinə imkan verməyəcəyik”.

Qeyd edək ki, Rusiyanın tələbinə uyğun olaraq, gün ərzində BMT TŞ-nin iclasının keçiriləcəyi gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər