Rusiya bu qurumdan çıxarıldı - Moskvadan sərt reaksiya

Rusiya bu qurumdan çıxarıldı - Moskvadan sərt reaksiya 

Moskva Rusiyanın Baltik Dənizi Dövlətləri Şurasında (CBSS) fəaliyyətinin dayandırılması qərarına düşməncəsinə atılan addım kimi baxır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz bu demarşı Baltikyanı əməkdaşlığın ruhuna və şuranın işinin hüquqi əsaslarına zidd olan düşmən addım kimi qiymətləndiririk. 30 il ərzində şura Baltikyanı ölkələrdə praktiki əməkdaşlığın inkişaf etdirilməsi işinə etibarlı şəkildə xidmət edib, onlara qarşı güclü immunitet nümayiş etdirib. Bu kağız parçasını imzalayanlar birlikdə işlənmiş hər şeyin üstündən tamamilə xətt çəkdilər və CBSS-də hər hansı qərar qəbul edərkən nizamnamə sənədlərində təsbit edilmiş konsensus prinsipini kobud şəkildə pozdular”, - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, Latviyanın Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Rusiya və Belarusun Baltik Dənizi Dövlətləri Şurasında fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi