Rusiya buna görə sevinməlidir

Rusiya buna görə sevinməlidir - Ukrayna rəsmisi

Ukrayna hazırda müxtəlif uzaqmənzilli və yüksək dəqiqlikli silahları sınaqdan keçirir. Üstəlik, söhbət təkcə Prezident Vladimir Zelenski və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun əvvəllər danışdığı silahlardan getmir.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov deyib.

Yusov bildirib ki, Ukrayna və Rusiyanın silahdan istifadə yanaşmaları arasında ciddi fərq var:

“Ukrayna ordusu müasirliyə, istehsal qabiliyyətinə və yüksək dəqiqliyə üstünlük verir. Rusiya ərazisini müxtəlif zibillərlə dolduracaq qədər lüksumuz yoxdur. Yəni bu silah son dərəcə keyfiyyətlidir. Düşünürəm ki, düşmən belə müasir inkişafların onun ərazisinə uçmasından məmnun olmalıdır”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi