Rusiya “ələ keçirdiyi” Çernobıl AES-dən video yaydı

Rusiya “ələ keçirdiyi” Çernobıl AES-dən video yaydı 

Rusiya Müdafiə Nazirliyi Çernobıl AES-in görüntülərini yayıb.

Axar.az xəbər verir ki, məlumatda Rusiya Hava-Desant Qüvvələrinin Ukrayna Milli Qvardiyası ilə birgə Çernobıl AES-in təhlükəsizliyini təmin etdiyi bildirilib.

“AES adi ştat rejimində fəaliyyətini davam etdirir. Rus və Ukrayna hərbçilərinin AES-i birgə müdafiə etməsi terrorçu və yaxud millətçilərin əlinə nüvə komponentinin düşməməsi üçün təminatdır”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Ukrayna tərəfi Çernobıl AES-in rus qüvvələrinin tam nəzarətinə keçdiyini, işçilərin isə girov götürüldüyünü bildirmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi