Rusiya erməni məhsullarını buraxmadı: Paşinyandan cavab

Rusiya erməni məhsullarını buraxmadı: Paşinyandan cavab 

Əgər İrəvandan gələn mallar standartlara cavab vermirsə, Ermənistan mallarının Rusiyaya idxalına məhdudiyyətlər qoyulub, qoyulur və qoyulacaq.

Bunu Ermənistanın Baş nazir Nikol Paşinyan İrəvandan Rusiyaya gül daşınmasına qoyulan məhdudiyyətləri şərh edərkən deyib.

“Bu vəziyyət unikal deyil və son 8 ildə müxtəlif məhsullarda oxşar hadisələr dəfələrlə baş verib. Malların (o cümlədən Aİİ malları kimi təkrar ixrac edilən üçüncü ölkələrdən olan malların) keyfiyyəti və mənşəyi məsələləri Aİİ-də ən yüksək səviyyədə müzakirə olunub. Ölkə liderləri vaxtaşırı bütün bu məsələləri (və təkcə Ermənistanla bağlı deyil) Ali İqtisadi Şurada və Aİİ-in Hökumətlərarası Şurasında müzakirə edirlər.

Dostluq dostluqdur, vəzifə də vəzifədir. Əgər münasibətlər dostcasınadırsa, bu o deməkdirmi ki, Aİİ standartlarına cavab verməyən mallar heç bir monitorinq olmadan ölkəyə buraxılmalıdır?”/Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi