
Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir
Rusiya Ermənistandakı 102-ci hərbi bazasını əhəmiyyətli dərəcədə gücləndirir.
Bu barədə Ermənistanın "Hraparak" qəzetinə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, son həftələrdə Gümrüdəki bazaya çoxlu sayda hərbi texnika və döyüş sursatı daşınır. Hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir.
Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır.
Nəşr həmçinin iddia edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın